Ekspert: "Mənzil bazarında qıtlıq hökm sürür"
08-01-2025 [15:33]
Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrinin azlığı paytaxtın mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olub.
Bəs bu il mənzil bazarında qiymətlər necə olacaq?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, mənzil bazarında qıtlıq hökm sürür.
"Paytaxtda tələb təklifi çox üstələyir. Bu da qiymətlərə təsir edir. Paytaxtda ən çox mənzili ölkəmizdə yaşayan vətəndaşlarla yanaşı, Ukrayna, Rusiya və Belarusda yaşayan həmvətənlərimiz alır. Mənzillərini satmaq istəyənlər isə gözləmə vəziyyətindədirlər.
Belə ki, onlar mənzillərini daha baha satmaq istəyir. Hazırda köhnə tikili binalarda satışa çıxarılan mənzillərin sayı azdır. Sahəsi 150 kvadratmetrdən artıq olan mənzillər daha çox satışa çıxarılır. Bu da çoxlarının büdcəsinə uyğun gəlmir. Əsas tələbat 150 min manata qədər olan mənzillərədir. Belə mənzillər satışa çıxarılan kimi satılır", - o vurğulayıb.
Ekspert qeyd edib ki, bu il mənzil bazarında qiymətlərin 20 faiz bahalaşması gözlənilir.
"Hazırda mərkəzə yaxın yerlərdə binanın özülündən mənzilin 1 kvadratmetri 2500 manata təqdim edilir. Bu rəqəm keçən il 2000 manat idi. Qiymət artımı, əsasən, paytaxtın Nərimanov, Nizami, Yasamal, Xətai və Nəsimi rayonlarında gözlənilir. Bundan başqa, torpaq bazarında qiymət artımı davam edəcək. Qiymət artımının ötən ilə nisbətdə 20% bahalaşacağı gözlənilir", - deyə o qeyd edib.
İsrail Qəzzaya zərbə endirdi: ən azı 5 nəfər həyatını itirib
Blinken: "Qəzzada atəşkəsə çox yaxınıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XİN sözçüsü Mirzoyana cavab verib: "Bu, tarixi faktdır"
Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb
Ərdoğan İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
Məşhur müğənni soyundu: "Əyilin..." - FOTOLAR
"Fənərbağça" əvvəlki fikrindən daşındı
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
Ramazan ayı martın 1-də, Qədr gecələri isə...
Raqif Abbasov və Eldəniz Qulamovun barəsində cinayət işi açılıb
Azərbaycanda daha bir məhkum həbsdə ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Sumqayıt” Vaqif Cavadovla müqaviləni uzatdı
Türkiyədə superliqanın oyunlarını əcnəbi VAR hakimləri idarə edəcək
Deputat istefa verdi - Açıqlama
NAZİR VİTSE-SPİKERİN QARDAŞINI VƏZİFƏDƏN AZAD ETDİ - Bakı təhsilində gözlənilməz dəyişiklik
Məhəmməd Məhərrəmov YAP-ın məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib - FOTOLAR (Yenilənib)
Ekspert: "Mənzil bazarında qıtlıq hökm sürür"
"Adil Əliyev bizi çağırdı, dedi ki..." - İdmançıların hücum etdiyi mayor elə açıqlamalar verdi ki...
Qəzzada ölənlərin sayı artıb - Açıqlama
Novruzun ilk çərşənbəsi nə vaxt olacaq?
"Nurdan" ləqəbli tiktoker həbs edildi - Narkotik ittihamı ilə
Lənkəranın icra başçısı haqda şok iddialar yayıldı - Memar Qaraşovu həbsdən necə xilas edib?
Fransa millisinin baş məşqçisi istefaya hazırlaşır
Zaqatalada körpə ölüb
Tərtərdə ağır qəza: ölən və xəsarət alanlar var
SOCAR-da daha bir təyinat olub
BakıKart ödənişləri zamanı istifadə edilən biletlərə görə geri qaytarılan məbləğlər haqqında - Açıqlama (FOTO)
TV-də iyrənc olay: redaktorun intim istəyinə "yox" deyən 23 yaşlı müxbir işdən çıxarıldı
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birgə Afrikada girov götürülüb - Rəsmi açıqlamalar yayıldı (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
“İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - Şok məhkəmə prosesi
Qubada küçə itləri 2 qadın və 6 yaşlı uşağa hücum edib