Çində 6,8 bal gücündə dəhşətli zəlzələ: azı 53 nəfər ölüb, xeyli yaralı var

img

07-01-2025 [10:59]


Çinin Tibet Muxtar Bölgəsində dəhşətli zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 6,8 bal gücündə baş verən zəlzələdə azı 53 nəfər həyatını itirib, 62 nəfər yaralanıb. 

Məlumata görə, zəlzələ Nepal və Hindistanda da hiss olunub.

Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) 6,8 bal gücündə zəlzələnin episentrinin Tibet Muxtar Bölgəsinin Şiqatse əyalətinin Tinqri rayonu olduğunu açıqlayıb: "Zəlzələ yerli vaxtla saat 09.05-də yerin 10 kilometr dərinliyində baş verib".

Sinxua agentliyi yazıb ki, zəlzələ nəticəsində 1000-dən çox tikili dağılıb.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin 7,1 bal gücündə olduğunu bəyan edib.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR