Kanadada iqtidar böhranı: baş nazir istefa verəcəyini deyir - "Mən döyüşçüyəm".

img

07-01-2025 [00:24]


Kanadanın baş naziri Kastin Trüdo Baş nazir və partiya lideri vəzifəsindən istefaya hazırlaşdığını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bunu Liberal Partiyasının yeni lideri seçməsi ilə əlaqələndirib.

Kanadanın baş naziri istefa verəcəyi xəbərindən sonra mətbuat konfransında iddialı bəyanat da verib.

O, çox həssas bir dönəmdən keçdiklərini gizlətməyib: "Dünyanın kritik anındayıq. Mən isə döyüşçüyəm. Bədənimdəki hər hüceyrə mənə həmişə döyüşməyimi söyləyib, çünki ölkəmə və kanadalılara çox bağlıyam".

Baş nazir aylardır parlamentin iflic vəziyyətində olduğunu deyib: "Partiyamız yeni lideri seçib. Bu səbəbdən partiya lideri və baş nazir vəzifəsindən istefa vermək niyyətindəyəm. Bu ölkə sınaq seçiminə layiqdir. Növbəti seçki və partiyadaxili mübahisələləri aydın gördüyümdən bu seçkinin ən yaxşı seçim olmayacağını da bilirəm. Ancaq etiraf etmək gərəkdir ki, artıq ölkə parlamenti də çöküb. Bu səbəbdən onları tətilə yollamaq qərarına gəldik. Qarşıda bizi nə gözləyədiyini həyəcanla izləyirəm..."

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR