İsrail hərbçiləri İordan çayının qərb sahilinə təcili yardım maşını ilə "sızıblar"

img

07-01-2025 [09:12]


İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində növbəti dəfə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, basqın zamanı gərginlik yaranıb.

Məlumata görə, İsrail hərbçiləri bu zaman iki fələstinli gənci güllələyərək öldürüblər.

İddiaya görə, sonradan aydın olub ki, İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki qaçqın düşərgəsinə təhlükəsiz girmək üçün təcili yardım maşınından istifadə ediblər: "Onlar təcili yardım maşını ilə Balata Qaçqınlar Düşərgəsinə sızaraq qəfil basqınlara başlayıb. Nəticədə iki nəfər öldürülüb. Bundan sonra gərginlik və toqquşma daha da böyüyüb. İsrail hərbçiləri geri çəkilməyə məcbur qalıblar".

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR