"Roketsan"da şübhə doğuran hadisə - Proqram mühəndisi "natrium nitrat" içərək canına qıylb (FOTO)

img

07-01-2025 [09:00]


Türkiyənin mümühm raket və digər yüksək texnologiyalı silah istehsalçısı "Roketsan"da şübhə doğuran hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkətdə proqram mühəndisi işləyən Yusuf Serdar Yücel ötə ngün evində ölü tapılıb.

Məlumata görə, işçidən xəbər ala bilməyən dostları vəziyyəti ailəsinə və polis qruplarına xəbər verib: "Qapı polis nəzarəti altında çilingər tərəfindən açılıb və Yücelin meyiti evdə tapılıb. İlkin müayinə zamanı onun "natrium nitrat" içərək intihar etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma başlayıb".

Xəbərə görə, gənc proqramistin niyə özünü öldürdüyü böyük həyəcan yaratmaqla yanaşı, həm də müxtəlif söz-söhbətərə yol açıb.

Məlumatda o da deyilir ki, Yücəlin cənazəsi məmləkəti Ispartada dəfn olunub.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR