Fatih Terim yeni komandası ilə ilk məşqinə çıxıb

img

28-12-2024 [20:44]


Səudiyyə Ərəbistanının "Əl-Şabab"la 6 ay +1 il müddətinə müqavilə imzalayan baş məşqçi Fatih Terim bu gün yeni komandası ilə ilk məşqinə çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qətərin paytaxtı Dohaya uçan Terim bu gün ilk dəfə komanda ilə qarşılaşıb.

71 yaşlı təcrübəli çalışdırıcı Qətərin paytaxtı Dohada təlim-məşqdə olan komanda ilə görüşən Fateh Terim və köməkçiləri Həmzə Hamzaoğlu, Levent Şahin, matç analitiki Metin Çakıroğlu, qapıçılar məşqçisi Ozan Özerkan, atletik performans məşqçiləri Yasin Küçük, Mert Çətin və Eray Sözenlə birgə futbolçularla bir araya gəlib.

Məlumata görə, tanışlıqdan sonra məşqə start verilib.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR