Sahibkarların diqqətinə: bu qanunu pozanları 10 ilədək həbs gözləyir
27-12-2024 [11:21]
Milli Məclis təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum edilməsini son oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi haqqında təklif müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihəyə əsasən, eyni əməllər:
- təkrar törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
- külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Vitse-spiker infarkt keçirib - Vəziyyəti ağırdır
Gürcüstan prezidenti Heydər Əliyev Mərkəzində - FOTOLAR
Ağ Evdən rəsmi Pekinə mesaj: "Top indi sizin sahədədir, ya razılaşacaqsınız, ya da..."
İsrailli girovlardan ölən var? - HƏMAS əlaqənin itdiyini deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əlcəzairlə Fransa arasında diplomatik qalmaqal - Hər iki ölkə bir-birinin diplomatlarını qovub
Almaniyanın Baş Qərargah rəisi Türkiyəyə gəlib
Şok olay: qızının nişanlısından hamilə qalan qadın efirə çıxarıldı, aparıcının suallarına elə cavab verildi ki... (FOTO)
Çin daha bir yeniliyə imza atdı: 7 yaşlı xəstəyə süni ürək köçürüldü
Tanınmış vəkil "Bank Mamed"dən yazdı: "...dostu Elman Rüstəmovla..." - "Yerinə gələn "qlamurçik oğlan"..."
"Fənərbağça"lı futbolçunun zədəsi sağalıb - 23 turdan sonra...
Stiv Vitkoff: "İran nüvə proqramını tamamilə yox etməlidir"
ABŞ Suriyadan çəkilir - 2 aya qədər...
Kosovoda siyasi böhran böyüyür - İstefa tələbi qəbul edilməyən deputatlar and içməkdən imtina etdilər
Mehriban Əliyeva və Leyla Əliyeva uşaqlarla bir arada - FOTOLAR
Ege dənizində qayıq batıb, ölənlər var - Biri hamilə olub
Ruben Vardanyan Bakıda növbəti məhkəmə iclasında... - FOTOLAR
BMT: "Qəzza zolağında ərzaq və digər ehtiyatlar tükənib"
Atasını döyən və döyülmə anını paylaşan repçi həbs olundu.
MALİYYƏ NAZİRİNƏ DAHA BİR MÜAVİN TƏYİN OLUNDU - Sərəncam
DSMF SƏDRİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Sahi Babayevin sadiq kadrı nazir müavini təyin olundu
"Futbol qumarı"nın "monopolist"ləri: “Misli”, “Topaz” və ya Rövşən Nəcəfin təhdidi...
Ceyhun Bayramov Çin səfiri ilə görüşüb - Nələr müzakirə olunub?
Manatın məzənnəsi qalxacaq? - Rəsmi açıqlama
Emil Pənahova AZCON-da yüksək vəzifə verildi
“Zıraat Bank Azərbaycan" çökür? - Xalis mənfəət azalıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Pakistanda polislər öldürülüb
Gürcüstan prezidenti Bakıda belə qarşılandı - FOTO
ELÇİN HÜSEYNBƏYLİ İLƏ CANLI BAĞLANTI
Xətai rayonunda bina yanır
Ali Attestasiya Komissiyası maliyyə pozuntusu edib
Hava şəraiti pisləşəcək - Xəbərdarlıq
Bank kartlarından 300 min manata yaxın pul oğurlanıb
BU MƏHKƏMƏLƏRƏ SƏDR və HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI
Bakıda şirkət rəhbərləri qanunları pozub
"TikToker” Azər Zahidlə bağlı qərar verildi
“Paramount Baku” gecə əyləncə klubunin fəaliyyəti dayandırıldı
Çin Azərbaycana yeni səfir göndərib
APARAT RƏHBƏRİ YOLA SALINDI - İntiqam Babayevin yerinə təyinat olub