Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib

img

26-12-2024 [11:13]


Azərbaycan Mərkəzi Bankı iki fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Mia.az xəbər verir ki, bu qərar dekabrın 24-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul olunub. 

Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv edilib.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR