Rusiyada pələng qadın baxıcıya belə hücum edib - FOTOLAR

img

25-12-2024 [12:28]


Rusiyanın Kalininqrad zooparkında baş verən qorxulu anlar dünya mediasınınmanşetindən tirajlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zooparkda saxlanılan "Sibir pələngi" qəfəsin qapısı bir anlıq açıq qalan qapısından çıxararaq qadın baxıcıya hücum çəkib.

Qorxunc görüntülərdə pələngin altında qalan baxıcının çarəsizcə yalvardığı görünür. Hadisəni görən ziyarətçilər daş atmaq və bağırmaqla  pələngin fikrini yayındırıb, onu geri qaçmağa məcbur edib.

Məlumata görə. bundan sonra qadın ağır yaralı xilas edilib.

Zooparkdan bildirilib ki, üzündən və bədənindən ağır xəsarət alan baxıcı reanimasiyaya yerləşdirilib. 

Zoopark rəsmiləri əlavə edib ki, pələng insan qanını dadsa da, öldürülməyəcək.

Səhiyyə Nazirliyindən bildirilib ki, xəstə çoxlu yaralar alıb, vəziyyəti ağır: "Lakin ümumi durumu stabildir. Həyati təhlükəsi yoxdur"

Zülfiyyə Mustafayeva

MİA.AZ

Kaplanın saldırısına uğrayan kadın, bakıcı ziyaretçiler tarafından kurtarıldı

Kaplanın saldırısına uğrayan kadın, bakıcı ziyaretçiler tarafından kurtarıldı

Kadın bakıcı, ziyaretçilerin gözü önünde kaplanın saldırısına uğradı

Digər xəbərlər
SON XƏBƏRLƏR