Suriyada 300 minlik vahid ordu yaradılır

img

24-12-2024 [10:12]


Bəşər Əsədin devrilməsindən sonra nizami ordu strukturuna keçməyə hazırlaşan Suriya mühüm islahata hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə ölkənin yeni müdafiə naziri bütün müxalif silahlı qrupları paytaxt Dəməşqə çağırıb. 

Məlumata görə, Türkiyənin məsləhətçi və ekspertlərinin dəstəyi ilə Suriya 300 min nəfərdən ibarət vahid milli ordus yaradılacaq: "Müxalif silahlı qruplar bu ordunun tərkibində Nizamnamə çərçivəsində fəaliyyət göstərəcək".

Suriyalı general Əhməd Osman bildirib ki, hazırda ön planda təcili 70-80 min nəfərlik "ordu onurğası" formalaşdırılacaq: "Bundan sonra bu say tədricən 300 minə çatdırılacaq"

Tahir Şəlvəli 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR