“Lukoil”da benzin fırıldağı, yoxsa... - Benzinə su qarışıb, sürücülərə kompensasiya ödənilir
23-12-2024 [16:37]
Son günlər sosial şəbəkələrdə avtomobillərin yanacaq çənlərində su yığılması ilə bağlı şikayətlər geniş müzakirə mövzusu olub.
Sürücülər narazılıqlarını ifadə edərək, problemin həlli üçün təcili tədbirlər görülməsini tələb ediblər.
Mia.az xəbər verir ki, yayılan videogörüntülərdə yanacağın “Lukoil” yanacaqdoldurma məntəqəsindən (YDM) alındığı bildirilib. Görüntülərdə yanacaq çənindən su çıxması aydın şəkildə müşahidə olunub. Bu isə avtomobillərin mühərriklərinə ciddi ziyan vura bilər.
Məsələ ilə bağlı “Lukoil-Azərbaycan” QSC-yə sorğu ünvanladıq.
Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub.
“Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda “Lukoil” YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik.
Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.
Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, “Şamaxinka” ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının “Qoşa yanacaqdoldurma məntəqəsi” kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.
Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur”, – deyə R.Ağayev vurğulayıb.
Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.
“YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. “Lukoil” elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.
Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.
İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir”,- deyə R.Ağayev bildirib.
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK