200 min avroya "Qalatasaray"a gələn futbolçunun dəyəri 25 milyon avroya yüksəlib

img

20-12-2024 [17:09]


200 min avroya "Qalatasaray"a gələn futbolçunun dəyəri 25 milyon avroya yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yay transfer dövründə "Qalatasaray"dan "Benfika"ya keçən Kerem Aktürkoğlu Portuqaliya Premyer Liqasını silkələyir.

Məlumata görə, vaxtilə "Qalatasaray"a cəmi 200 min avroya tansfer olunan futboolçunun dəyəri indi 125 dəfə artaraq 25 milyon avroya çatıb.

Məlumata görə, Portuqaliya Premyer Liqasındakı oyunu ilə daha böyük klubların diqqətii çəkən Kerem Aktürkoğlu ilə "Benfika" müaviləni yeniləməyə hazırlaşır.

Xatırladaq ki, Kerem "Benfika"ya 12 milyona transfer olmuşdu. Klub onunla 2027-dək müqavilə bağlayıb.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR