Premyer Liqanın 100 illik klubunun prezidentindən şok addım - Baş məşqçi və bütün futbolçuları qovdu

img

17-12-2024 [17:39]


Avropanın "göbəyi"ndə yerləşən ölkənin 100 yaşı olan klubunun prezidenti dünyanın diqqətini özünə cəlb edən şok qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bosniya və Herseqovinanın Premyer Liqasında çıxış edən 100 yaşlı "Sloboda Tuzla" klubunun  prezidenti Azmir Husiç pis nəticələrdən sonra baş məşqçi və futbolçuları tam şəkildə komandadan qovub.

O bildirib ki, artıq Baş məşqçi Zlatan Naliçi və komandanın oyunçularını yola salıb:

"Biz bütün oyunçulara artıq klubumuzun bir parçası olmadıqlarını dedik. Komandanı dağıtdıq, bəli. Hər kəsin müqavilələrini qarşılıqlı olaraq ləğvi üçün hüquqi prosedur başlayıb".

Klub prezidenti qarşıda olan 16 matç üçün yeni komanda quracaqlarını və liqada qalmaq üçün sonadək mübarizə aparacaqlarını bildirib. 

Xatırladaq ki, 1919-cu ildə Bosniya və Herseqovinada qurulan "Sloboda Tuzla" bu mövsüm liqada oynadığı 17 matçda 2 heç-heçə və 15 məğlubiyyətlə son pillədə qərarlaşıb. Komanda bu matçlarda cəmi 5 qol vurub, 36 qol buraxıb.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 17.12.2024

Sabah qar yağacaq