Tibb bacıları 410, ginekoloqlar 3300 manat maaş alır

img

17-12-2024 [16:25]


"Bu il üçün sabit maaş və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta maaşı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 17.12.2024

Sabah qar yağacaq