Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 8 milyon kimə ayrılıb?

img

17-12-2024 [14:16]


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Təmir və Təchizat İdarəsi 7 970 094 manata tədris laboratoriyaları və STEAM avadanlıqları alır. 

Mia.az-ın xəbərinə görə, İdarə bu məqsədlə "JBA Group" MMC ilə müqavilə bağlayıb.

Alınacaq məhsullara 3D qələmlər, PLA filamentlər, PCL filamentlər, Arduino nano plataları, BlueTooth Robot maşın dəstləri və Lazer CNC maşınları daxildir.

Qeyd edək ki, nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Süleyman Məmməd oğlu Süleymanovdur. MMC bundan əvvəl də bir neçə dövlət qurumunun elan etdiyi tenderin qalibi olub(Pravda). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 17.12.2024

Sabah qar yağacaq