Rusiyada şok sui-qəsd: general və köməkçisi skuterə yerləşdirilmiş bomba ilə öldürülüb - VİDEO

img

17-12-2024 [11:35]


Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandanı, general İqor Kirillov və onun köməkçisi bu gün terror aktı ilə öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə başçısı Putinin nüvə silah təhdid ilə bağlı çıxışından az sonra həyata keçirilən terror aktının skuterə gizli şəkildə yerləşdirilmiş əldəqayırma bombanın partladılması ilə həyata keçirildiyi bildirilir.

İQOR KİRİLLOV

Xəbərdə deyilir ki, Moskvada yaşayış binasının girişində baş verən partlayış nəticəsində general və köməkçisi hadisə yerindəcə həlak olublar.  

Sosial medianın Rusiya seqmentində terrorun Ukrayna kəşfiyyatının törətməsi haqda iddialar yayılır.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 17.12.2024

Sabah qar yağacaq