Donald Tramp: "Suriyalılar başlarının çarəsinə baxsın, bizlik deyillər" - "Bizim əsas işimiz Rusiya və..."

img

12-12-2024 [00:24]


ABŞ-ın 47-ci prezidenti Donald Tramp Bəşər Əsəd rejiminin süqutu ilə bağlı mühüm mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, dekabrın 7-də Notr-Dam kilsəsinin açılışı üçün Parisdə olarkən "Paris Match" jurnalına müsahibə verib. 

Bu gün yayımlanan müsahibədə Tramp Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyətlə bağlı qarşıdakı 4 il üçün "yol xəritəsi"ndən danışıb.

Prioritetlərinin Ukraynanın Rusiya ilə probleminin həlli olduğunu təkrarlayan Trampın sözlərinə görə, bu iki ölkə inanılmaz insan itkiləri ilə üzləşiblər: "Yüz minlərlə əsgər həlak olub. Əlbəttə, Yaxın Şərqdəki problemlər də mühümdür, amma məncə, orada durum Rusiya-Ukrayna savaşı kimi müşkil deyil. Biz ilk növbədə Ukrayna və Rusiya arasında müharibəni dayandırmalıyıq".

Suriyada baş verənlərə gəldikdə isə Tramp çox aydın şəkildə deyib ki, orada baş verənlər Amerika üçün əhəmiyyət daşımır: "Onlar öz başlarına çarəni düşünsünlər. Suriyada nə baş verdiyi bizi maraqlandırmır. Biz bu işə qarışmayacağıq. Heç Fransa da qarışmayacaq".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:10 12.12.2024

FTB direktoru istefa verir

18:03 11.12.2024

Bakıya sulu qar yağacaq