Elm və Təhsil Nazirliyinin tenderinin qalibi məcburi auditdən yayınıb

img

11-12-2024 [13:51]


"Enermus" QSC-yə inzibati protokol yazılıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.

Qeyd edək ki, Şirkət 2022-ci ildə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin elan etdiyi tenderin qalibi olub. Müqavilənin dəyəri isə 2 115 144 manat olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:10 12.12.2024

FTB direktoru istefa verir

18:03 11.12.2024

Bakıya sulu qar yağacaq