Sabiq müdafiə naziri həbsxanada canına qıyıb - "O, özünü "mayka"sı ilə asıbmş"

img

11-12-2024 [08:47]


Cənubi Koreyada həbs edilən keçmiş müdafiə naziri həbsxanada intihar etmək istəyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan olunmasını prezident Yoon Suk Yeola təklif edən keçmiş müdafiə naziri Kim Yonq-hyun saxlandığı həbsxanada canına qıyıb.

Məlumata görə, operativ müdaxilə ilə onun özünü öldürməsinin qarşısı alınıb: "Hazırda səhhəti qənaətbəxşdir".

"Yonhap" dövlət agentliyinin xəbərinə görə, paytaxt Seulun şərqindəki həbsxanada özünü "mayka"sı ilə asıbmş.

Həbsxana müdiri Şin Yonq-hae bildirib ki, bundan sonra o, 24 saat mühafizə görüntüsüylə təchiz olunmuş kameraya köçürülüb.

Xatırlaadq ki, Prezident Yoona hərbi vəziyyət elan edilməsini təklif etdiyi iddia edilən keçmiş nazir "qiyama cəhd" və  "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə dünən həbs olunub. 

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:10 12.12.2024

FTB direktoru istefa verir

18:03 11.12.2024

Bakıya sulu qar yağacaq