Ərdoğan NATO-nun baş katibi ilə müzakirə aparıb - "Geri çəkilməyəcəyik"

img

10-12-2024 [12:45]


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün NATO-nun baş katibi Mark Rutte ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Suriyadakı son vəziyəti müzakirə ediblər.

Məlumatda deyilir ki, Prezident Ərdoğan Türkiyənin Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə etdiyini bildirib: "Suriya Suriya xalqı tərəfindən idarə olunmalıdır. Türkiyə bununla yanaşı, Suriyanın quruculuğu üçün əlindən gələni edəcək".

Ərdoğan əlavə edib ki, Türkiyə Suriyanı terrordan təmizləmək qərarından da geri çəkilməyəcək.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR