3 DEPUTAT, APARAT RƏHBƏRİ VƏ PALATA SƏDRİNƏ DAHA BİR VƏZİFƏ VERİLDİ - Korrupsiya ilə bağlı

img

10-12-2024 [11:38]


Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə çıxarılıb.

Layihəyə əsasən, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Aparatın rəhbəri Fərid Hacıyev, deputat Əminə Ağazadə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin ediliblər.

Sənəd səsə qoyularaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR