Bəşər Əsədin qardaşı arvadından şok paylaşım: "Ailəni və Vətəni satana rəğmən..." - FOTO

img

10-12-2024 [00:09]


Müxalifətin Dəməşqə girməsindən sonra Rusiyaya qaçan Bəşər Əsədə daha bir zərbə onun ailəsindən gəlib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bəşər Əsədin qardaşı Mahir Əsədin həyat yoldaşı Mahal Əsədə məxsus olduğu iddia edilən profildən diqqətçəkən paylaşım olub.

Mahal Əsəd müxaliflərin Suriya üçün yeni qəbul etdiyi bayrağın fotosunu  paylaşaraq yazıb: “Ailəni və Vətəni satana rəğmən, yaşasın Suriya!".

Onun bu paylaşımına çox qısa zamanda minlərlə bəyənmə və şərh gəlib, təkrar paylaşılıb.

Xatırladaq ki, Mahir Əsədin Suriyada olduğu, qaçmadığı haqda iddialar da var.

Samir Musayev

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR