Suriyada böyük əfv fərmanı verildi - Əsədin bütün döyüşçüləri bağışlanıb

img

09-12-2024 [19:33]


Suriyada devrilən Əsəd rejiminin döyüşçüləri əfv olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriyadakı müvəqqəti hökumət fərman imzalayıb.

Fərmana əsasən, Bəşər Əsədin liderliyi altında indiyə qədər müxalif silahlılarla döyüşən bütün hərbçilər bağışlanıb: "Onlar heç bir halda məsuliyyətə cəlb olunmayacaqlar".

Xatırladaq ki, bu gün müxalif qruplaşma müvəqqəti hökumət formalaşdırıb və Məhəmməd əl-Bəşir baş nazir təyin olunub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR