Tramp təhdid etdi, Meksika hərəkətləndi - Bir gündə 5234 miqrant saxlanılıb

img

05-12-2024 [14:47]


ABŞ-ın yeni prezidenti Donald Tramp "Əgər ölkəmizə yönələn narkotik və miqrant axını dayanmasa, Meksikadan gələn bütün məhsullara 25 faiz əlavə gömrük rüsumu tətbiq ediləcək" təhdidi kara gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu təhdiddən dərhal sonra Meksika dövlət başçısı orduya göstəriş verib.

Məlumata görə, ordunun işə qarışması ilə ölkədə bir gündə 5234 miqrant saxlanılıb: "Onlar müxtəlif ölkələrdən ölkəyə gələn və ABŞ-a qanunsuz yollarla daxil olmağa can atanlardır. Qısa zamanda onların hamısı öz ölkələrinə deport olunacaqlar".

Meksika rəhbərliyi bildirib ki, bu istiqamətdə əməliyyatlar fasiləsiz davam edəcək. 

Əməliyyatlardan sonra Meksika prezidenti Klaudia Şeinbaum deyib ki, Meksika-ABŞ sərhədində miqrant axını 2023-cü ilin dekabrından 2024-cü ilin noyabrına qədər 75 faiz azalıb: "Ancaq axın hələ də var və bunların qarşısı alınacaq"

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR