İranda güclü zəlzələ olub - 5,6 bal gücündə 

img

05-12-2024 [09:02]


İranda güclü zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, episentri Xuzistan əyalətinin Heftgel şəhəri olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 07.32-də qeydə alınıb.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR