Prezident İlham Əliyev daha bir səfirin etimadnaməsini qəbul edib - FOTOLAR
03-12-2024 [15:22]
Prezident İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirdi.
Səfir əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş etdi.
Məhəmməd Saleh Əhməd Turiq, eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunu yüksək qiymətləndirdiklərini dedi.
Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğuladı ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi oldular.
Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırladı və bundan şərəf duyduğunu dedi. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğuladı, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd etdi.
Diplomat Yəmənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi. Səfir Yəmənin iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı və bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd etdi.
Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxundu.
Söhbət zamanı Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olundu, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirildi.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Putin yalan danışır, Kursk bölgəsində hərbçilərimiz mühasirəyə alınmayıb"
Tramp əmr verdi: "Dayanmasanız, cəhənnəm sizin üzərinizə yağacaq!" - Amerika ordusu İranın dəstəklədiyi Yəmənə zərbələr endirir
Putin, Lukaşenko və Emoməli Rəhmon Azərbaycan prezidentinə zəng ediblər - İlham Əliyev Moskvaya gedir
İsrail mətbuatı Trampın xüsusi nümayəndəsinin Moskvadan Bakıya gəlməsindən yazdı - "ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər" (TƏHLİL)
"Amerikanın Səsi" və "Azadlıq Radiosu" qapadıldı - Tramp qərar verdi
Fuad Ələsgərov: "Yalan söhbətdir, necə yəni məni işə çıxmıram?" - "Yazılanlar boş-boş söhbətlərdir"
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib - MƏTN
Bayram günlərində temperatur 15 dərəcə enəcək - Xəbərdarlıq
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev daha bir Fərman imzalayıb
Prezident səfirə orden verdi - Sərəncam
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Prezident bu şəxsləri təltif etdi - TAM SİYAHI
Şəmkirdə iki nəfər zəhərlənib
Avropa çempionatı: yığmamızın heyəti açıqlandı
İcra başçısı 1.5 milyonluq tender keçirir
Tbilisidə biznesmen öldürülüb
PA-nın məsul şəxslərinin qəbul günləri - CƏDVƏL
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÜST-dən həyəcan təbili - Avropada qızılca sürətlə yayılır
"Qalatasaray" rəqibini darmadağın edib
Türkiyə millisinin U-21 heyəti açıqlanıb
İKİ QHT RƏHBƏRİ HƏBS EDİLDİ - Baş Prokurorluqda cinayət işi açılıb
Zelenskidən şok iddia: "Putin bu müharibəni dayandıra bilməz, çünki..." - "Onu yalnız Amerikanın gücü məcbur edə bilər"
ABŞ-da daha bir təyyarə qəzası: ölənlər var
Keçmiş bələdiyyə sədri həbs edildi
HƏMAS daha 4 yəhidinin cəsədini İsrailə təhvil verir: "Artıq qarşı tərəf məlumatlandırılıb"
İlham Əliyev: “Sülh sazişi imzalanmayınca regionda sabitlik olmayacaq” - “Rusiya-Ukrayna müharibəsinin yenidən...” (TƏHLİL)
İstanbulda qanunsuz qumar oyunçularına qarşı əməliyyat: 59 nəfər tutulub, 7 milyardlıq əmlaka "həbs qoyulub"
İngiltərə millisinin heyəti açıqlanıb - SİYAHI
İspaniya millisinin heyəti açıqlanıb
Cenk Tosun Yaponiya yolunda: İcarəyə verildi
"Tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin" - Jurnalistdən icra başçısına ağır ittihamlar (Rəsmi reaksiya)
"Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm" - İlham Əliyevin “Euronews”a MÜSAHİBƏSİ
İsveçdə məktəblərdə smartfonları qadağan olunur: "Elmi araşdırmalar sübut edib ki..."