Hər ay dövlətdən 1500 manat yardım alan Pənah Hüseynin partiyası seçki ilə bağlı qərarını açıqladı

img

03-12-2024 [13:54]


Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası bələdiyyə seçkilərində namizədləri ilə qatılacaq.

Mia.az xəbər verir ki, bu barədə Partiya qərar qəbul edib.

Qərara əsasən, AXP-nin yerli strukturları seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər.

Qeyd edək ki, P.Hüseyn son parlament seçkilərində Sabirabaddan seçkiyə qartılsa da, uduzub. O, bundan sonra sərt bəyanat verib, hətta partiya sədrliyindən gedəcəyini də demişdi. Lakin görünən odur ki, onun belə niyyəti yoxdur.

Yeri gəlmişkən, AXP parlament seçkisinə qatıldığı üçün hər ay dövlətdən 1500 manat yardım alır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR