Bəşər Əsəd: "ABŞ regionunun xəritəsini yenidən çəkməyə çalışır"

img

03-12-2024 [11:18]


Noyabrın 27-dən bəri qısa zamanda iki böyük şəhəri və xeyli kəndləri itirən Suriya prezidenti  Bəşər Əsəd İran prezidenti ilə telefon danışğında baş verənlər hadisələrdə ABŞ-ı ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya və İranın dəstəyi ilə "ayaqda qalan" Əsəd İran prezidenti Məsud Pezeşkianla telefon danışığında müxlaiflərin hazırlə hücumunu ABŞ-la əlaqələndirib.

O bildirib ki, ABŞ-ın regional xəritəni Amerikanın maraqlarına uyğun yenidən cızmağa çalışdığını iddia edib: "Terrorçuların eskalasiyası regionun və bir çox ölkələrin parçalanması planının tərkib hissəsidir. ABŞ və Qərb regionun xəritəsini öz məqsədlərinə uyğun olaraq yenidən çəkmək istəyir. Onların əsl niyyəti budur...".

Əsəd təslim olmayacaqlarını və daha əzml mübarizə aparacaqlarını deyib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR