Bakıda "Porsche" ilə “Fiat” toqquşdu, biri alovlandı

img

30-11-2024 [15:44]


Bakıda iki avtomobil toqquşub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda "Porsche" və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində "Fiat" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib