Milli Qəhrəmanın adı əbidiləşdirilib - ƏIli Əsədov qərar imzalayıb

img

29-11-2024 [12:10]


Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR