Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb

img

25-11-2024 [20:35]


İsrail ordusu bu gün Livanın cənubunda - Aralıq dənizi sahilində yerləşən Sur şəhərini bombrardman eləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, nəticədə 14 mülki şəxs həlak olub, yaralılar var.

Livanın Səhiyyə Nazirliyi isə İsrail ordusunun Bas və Ayn Baal bölgələrinə hücumda ölənlər haqda informasiya yayyıb. Nazirlik bildirib ki, hücumda 6 nəfər ölüb, 4 nəfər yaralanıb: "Bəzi cəsədlər parçalara bölündüyündən şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb. Bunun üçün DNT testləri aparılacaq. Ayn Baal bölgəsində isə 1-i ağır olmaqla 8 nəfər yaralanıb".

Livanın NNA agentliyi isə yazır ki, Surun Mareke bölgəsində 8 nəfər həyatla vidaalşıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq