Pakistanda sərnişin mikroavtobuslarına silahlı hücum olub - 28 nəfər ölüb, yaralılar var

img

21-11-2024 [16:38]


Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticəsində azı 28 nəfər ölüb, 30 nəfər yaralanıb.

Əyalət polisindən bildirib ki, bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobuslara atəş açıb.

Yaralıların aparıldığı xəstəxananın həkimi Qayur Hüseyn onların çoxunun vəziyyətinin ağır olduğunu deyib

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR