"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb - Məhkəmə prosesi
20-11-2024 [09:32]
“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rəsul Həsənov ifadə verib.
O bildirib ki, məsciddə xidmətçi kimi çalışıb:
"Məscidin axundunun otağının yanında oturmuşdum. Qapı döyüldü, bu şəxs içəri girdi. Dedi qapını aç Hacının yanına girəcəm, dedim olmaz, hazırda burada yoxdu. Mənə zərbələr vurmağa başladı. Qapının çölünə çıxdıq, bilməzdim ki, bunda bıçaq ola. Həmin zaman məni bıçaqla vurdu. Bıçaqla da vuran zaman məni də, hacını da, hətta qardaşımı da öldürəcəyini deyirdi. Çölə qaçdım. Bir qadın təcili yardım çağırdı. Qanım gedirdi, bu həmin vaxt məscidin həyətində durmuşdu. Hətta təcili yardım məni aparanda belə ordaydı. Polisə məlumat verdim, dedim, hazırda oradadır. Bunu polis saxladı. Məni xəstəxanaya gətirdilər, əməliyyat olundum".
Dövlət ittihamçısının suallarını cavablandıran Rəsul Həsənov bildirib ki, daha əvvəl də bu şəxs məscidin imamı ilə görüşmək istəyib: "Bir dəfə gəldi, dedim, məscid imamının yanında qonaqları var. Əli Şərbətov özü də dedi ki, qonaqları yola salım, görüşərik. Mən onun nə səbəbdən görüşmək istədiyini soruşdum. Dedi özü ilə görüşəcəm, digər xidmətçilərə 12-ci imam olduğunu demişdi. Mən də olduğu kimi məscidin imamına çatdırdım. Əli Şərbətov da qonaqlar gedəndən sonra onu dinləyəcəyini bildirdi. Sadəcə qonaqlar gedəndən sonra, axtardım, yox idi. Sadəcə bu adamda mən hər hansı bir anormal hal hiss etməmişdim".
Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, aralarında barışıq olmadığını bildirib: "Həyatıma qəsd edən adamı bağışlamaram".
Şahid qismində dindirilən Elvira Əhmədova məscidin yaxınlığında dindar mağazada işləyir və zərərçəkmiş Rəsul Həsənovu tanıyır:
"Hadisə günü Rəsul mağazaya girəndə onu qan götürmüşdü. Mən bint verdim, pəncərədən baxdım ki, əli bıçaqlı şəxs bizim tərəfə gəlirdi. Mən qışqırdım, Rəsul o biri tərəfə qaçdı. Təcili yardım və polisi çağırmağımı tapşırdı, mən də elədim".
Digər şahid Dəyanət Mehdiyev deyib ki, məscidə ibadət etmək üçün gələn zaman yerdə qan ləkələrini görüb:
"Mən Elşəni həyətdə gördüm. Hətta elə bildim, bunu təkliyiblər. Yaxınlaşdım Elşənə. O da dedi ki, mənim yanımda durma, başın ağrıyar. Dedim nə məsələdir, dedi dava-dalaş olub. Sonra dedi ki, sonuncu peyğəmbərəm. Mən də ürəyimdə dedim ki, bunun başı xarabdır, çıxıb ordan getdim".
İş üzrə növbəti prosesi dekabrın 10-a təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb. DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb