Livanda daha 28 nəfər öldürülüb - Nazirlik itkilərlə bağlı son statistikanı açıqlayıb

img

19-11-2024 [21:47]


Bu gün israil Livanı yenə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə indiyə qədər ölənlərin sayı 3544 nəfərə yüksəlib.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, bugünki hücumda 28 nəfər həyatını itirib, 107 nəfər isə yaralanıb: "Bununla da 8 oktyabr 2023-cü ildən bu yana Livanda ölənlərin sayı 3544 nəfərə, yaralananların sayı isə 15036-ya çatıb. Ölənlərdən 902 nəfəri uşaq və qadınlardır...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR