"Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkil danışdı
15-11-2024 [15:14]
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Bayramov Məzahir Elşən oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxsin vəkili Şəfayət Həsənov məhkəməyə vəsatət təqdim edib.
Vəkil vəsatətində bunları yazıb: "ATV kanalında Zaur Baxşəliyevin təqdimatında olan "Bizimləsən" verilişində aparıcı bu işdə olan şahidə təsir edib, istintaq sirri olan cinayət işinin materiallarını səsləndirilib. Verilişdə zərərçəkən Haqverdiyev İlham Sabir oğlunun anası Əliyeva Xaliqə Yusif qızı ilə istintaq aparıb, özündən məhkəmə qurub. Bununla bağlı məhkəmə heç bir tədbir görmür. Artıq Zaur Baxşəliyev bu xanımı 3-4 dəfə verilişə çıxarıb. Xahiş edirik, TV-yə xəbərdarlıq edəsiniz".
Zərərçəkmiş şəxsin nümayəndəsi Hikmət Əmiraslanov isə TV-də verilişin aparılmasının qanunla tənzimlədiyini bildirdi. Məhkəmə prosesi açıqdır və bununla bağlı çəkilişə də, yazı yazmağa da icazə verilir.
Zərərçəkənin anası Xaliqə Əliyeva verlişinə çıxdığını, oğlunun tək Məzahir tərəfindən öldürülmədiyini, Qaradağ rayon prokurorluğunun müstəntiqi Nicat müəllimin cinayət işini obyektiv aparılmadığını söylədi: "Mən bundan sonra verilişlərə də çıxacam. Heç kim məni saxlaya bilməz. Vəsatət təmin olunmasın".
Dövlət ittihamçısı Valeh Ələkbərov vəsatətin təmin olunmamasını istədi: "Vəsatət hüquqi tərəfdən düzgün deyil. Məhkəmə obyektiv aparılır. TV-də bu işin araşdırılması düzgün deyil".
Məhkəmə yerində müşavirə edərək vəkilin Şəfayət Həsənov vəsatətinin qismən təmin olunması barədə qərar çıxartdı və Xaliqə Əliyevaya xəbərdarlıq olundu.
Sonra zərərçəkənin nümayəndəsi Xaliqə Əliyeva şahid kimi ifadə verdi: "Biz Xocavənd rayonundanıq, ailədə 2 oğlum, 1 qızım var idi. İlham həm telefon ustası idi, həm də axşamlar taksi fəaliyyəti ilə məşğul olurdu. Həmin gün İlham şəhərə gedib dostları ilə birgə oturub. Orada Nihadla Günay dayanmadan zəng edib onu Qobu Park yaşayış məntəqəsinə çağırıblar. İlham da gəlib həmin yerə Nihad onu aparıb 1-ci binanın altına, oradan çıxardıblar aparıblar 2-ci binada öldürüblər. Orada 4 nəfər olub- Rəsul, Nihad. Günaydan orada yuxarıdan hadisəni telefonla çəkib. Hadisənin necə baş verməsini bütün bina görüb. Oğlumu onun qohumları tutublar, Məzahirdə öldürüb. Məzahirin atası hadisə yerində deyib, "mən sənə belə deməmişdim, mən sənə belə deməmişdim", - videoda da düşüb.
Oğlum həmin gün spirtli içki qəbul etmişdi. Məzahir hadisədən bir neçə ay qabaq bizim balkonun altında söyüş söyüb, oğlunda deyib evdə anam var, söyüş eləmə.
Nihada Məzahirin atası zəng edib ki, İlhamı götür gətir barışdıraq. Onlar deyirdi ki, bizim gözümüz İlhamı götürmür. Hadisədən bir gün qabaq Məzahir tonqalın yanında deyib ki, "bu bıçaq kiməsə girəcək. Onsuzda əsgər gedəcəm, mənə heç kim heç nə etməyəcək". Oyunu Nihad qurubdu. Niyə İlhamı gətirib Günayı balkonunun altında vurublar. İlhamla Günay nişanlı olublar sonra münasibətləri düzgün gəlmədiyindən biz nişanı pozmuşuq.
Hadisəni əsas qonşu Asimə xala görüb. Onun dediyinə görə, orada İlhamın boynundan və qollarından tutub vurublar. Guya İlham Məzahirin üstünə siqaret tüstüsü üfürüb.
Hadisə ilə bağlı kameralar açılmadı".
Təqsirləndirilən şəxsin vəkili Şəfayət Həsənov Məzahirə bir neçə sual verdi.
Məzahir İlhamın onu besbarmaqla vurduğunu, üstündə siqaret üfürdüyünü təsdiq etdi.
Növbəti şahid Günay Nicat qızı Xanışova ifadə verərək bildirdi ki, hadisəyə kimi Məzahiri tanımadığını qeyd etdi. Mən İlhamla 2021-ci ildə aprel ayından dekabra kimi bir müddət nişanlı olmuşuq. İlham ayrılmaq istəmiridi, deyirdi barışaq. Hadisə günü saat 22:12-də İlhamla danışdıq. İlham mənə dedi ki, sabah gələrəm danışarıq. Mən dırnaq ustasıyam. Mənə zəng elədilər ki, İlham tiktokda canlıdadır. Mən aşağıdan qışqırıq səsi gəldiyini gördüm. Bizim blokun qarşında işıq yanırdı. Bir-birini itələyə-itələyə gedirdilər. Mən İlahəni yığdım, dedim qardaşın Fəridə de deyəsən İlham dalaşır. Həmin vaxt İlhamıda dayanmadan yığırdım. Aşağıda deyirdilər ki, İlhamı Məzahir vurub. Mən Məzahiri beş il qabaq uşaq olanda görmüşəm. Mənim bu Məzahirlə heç bir əlaqəm olmayıb. Bu məndən 3-4 yaş balacadır. Mənə sübut eləsinlər ki, mənim Məzahirlə hər hansı əlaqəm olub.
İlhamın ətrafından yeganə rəfiqəmin qardaşı Fəridi tanıyıram. Nihad adlı şəxsi tanımıram. İlhamgilin evi ilə bizim evin arası çox yaxındır. Ora kafeyə gəlirdi həmişə. İlham məndən başqa mən yaşayan binada başqa bir qızlada danşırdı. Mən bu hadisəni təsadüfən çəkmişəm. İlham mənim telefonumu öz telefonuna köçürmüşdü, məndə olan hər şeyi görürdü. Mən videonu vermək istəyirdim, İlhamın bacısı Səbinə dedi ki, videonu göstərmə. Mən də ayın 7-də həmin videonu dostu Fəridə atmışam, prokurorluğa da təqdim etmişəm. Məndən başqa digər bir qonşuda çəkib həmin hadisəni.
Məhkəmə prosesi dekabr ayının 6-na kini təxirə salınıb.
Xatırladaq ki, hadisə bu il martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb