Şəmkirdə 3 nəfər bıçaqlanıb, biri ölüb - TƏFƏRRÜAT (Yenilənib)

img

09-11-2024 [10:15]


Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb.

Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub.

Digərləri cərrahiyyə əməliyyatına alınıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Məlumata görə, Şəmkir şəhər sakini, 1995-ci il təvəllüdlü A.Süleymanov aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Digər iki yaralı 1986-cı il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədov isə əməliyyat olunublar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

***

İddiaya görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.

Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır(Report).

 


Digər xəbərlər
SON XƏBƏRLƏR