Amerikada 43 meymun tədqiqat laboratoriyasından qaçıb - Əhaliyə xəbərdarlıq olunub

img

08-11-2024 [10:03]


ABŞ-ın Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən 43 meymun qaçıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə gözətçinin meymunların qəfəsinin qapısını açıq qoyması nəticəsində baş verib.

"Rhesus makaka" cinsidən olan meymunlar tibbi testlər və araşdırmalar üçün primatlar yetişdirən "Alpha Genesis" adlı şirkətin laboratoriyasından qaçıblar.

Ştat rəsmiləri əhaliyə faktla bağlı xəbərdarlıq edib: "Qapı və pəncərələri bağlı saxlayın. Meymunları görən kimi, dərhal müvafiq qurumları məlumatlandırın".

Xəbərdə deyilir ki, qaçan meymunlar təxminən 3,2 kq ağırlığında gənc və dişidirlər.

Şirkət isə əhalini əmin edir ki, meymunlar təhlükəli deyil.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR