Rusiya Zaporojyaya ağır zərbələr endirdi: 4 nəfər ölüb, 18 nəfər yaralanıb, dağıntılar altında qalan var

img

07-11-2024 [21:21]


Rusiya ordusu bu gün Ukraynanın Zaporojya şəhərinə ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə mülki şəxslər arasında ölən və yaralananlar var.

Ukrayna mətbuatı yazır ki, hücum nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb: "Rusiya bu gün yaşayəş binası ilə Onkoloji Xəstəxananın binasını raketlərlə vurub. 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Hazırda axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanları axtarır...".

Ukrayna Fövqəladə Hallar Xidmətiindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 05.12.2024

Sabah yağış yağacaq