"Bunu killer kimi tutan hardadır?" - 3 nəfəri güllələyib öldürən, 3-nü yaralayan şəxs hakim qarşısına çıxarıldı
30-10-2024 [17:12]
Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Zərərçəkmiş Tərlan Fərəcova ifadəsində bildirib ki, Müşfiq Tağıyev tək mühakimə olunmamalıdır: “Bunu killer kimi tutan hardadır? Ona köməklik göstərən dostları var, onları da gətirin...
Hadisə baş verəndə yuxuda olmuşam, ayılıb qışqırdım ki, kombi partlayıb. Yoldaşımı çağırdım, aşağı düşdük, gördüm ki, qızım güllələnib. Ondan sonra əlindəki silahla məni vurdu. Bir də ayıldım ki, qan məni götürüb aparıb. O birilərinin güllələnməsini görməmişəm”.
Təqsirləndirilən Müşfiq Tağıyev isə ifadənin yalan olduğunu iddia edib. Bundan sonra, zalda tərəflər arasında mübahisə yaranıb.
Zərərçəkmiş Vüsalə Fərəcova təqsirləndirilən şəxsi tanımadığını deyib: “Səhər yuxudan oyandım, 7-yə işləyirdi. Uşaqlar gəlib qapını döydülər, qan içində idilər. Dedilər ki, anaları və ataları güllələnib”.
Zərərçəkmiş Nazim Orucov isə bildirib ki, tək adamın bu cinayəti törədə bilməsinə inanmır: “Bu iş yenidən ibtidai istintaqa qaytarılmalı, ən incə detalına qədər yenidən araşdırılmalıdır”.
Hakim isə bildirib ki, ağırlaşdırıcı sübut olarsa, iş yenidən ibtidai istintaqa qaytarıla bilər: “Hər hansı dəqiq əsaslarla vəsatətiniz varsa, müraciət edin, məhkəmədə baxılacaq”.
Zərərçəkmiş Mehman Sarıyev isə ifadəsində deyib ki, hadisə onlar üçün gözlənilməz olub: “Hadisə günü bərk şaqqıltı səsinə ayılıb küçəyə çıxmışam. Oğlum Etibar onların qapısından girən vuruldu. Mənə qışqırdı ki, gəlmə səni də güllələyər. Müşfiq mənim öz uşaqlarım kimi olub. Onun bu hadisəni törədəcəyinə inanmazdım. Lakin hadisədən 10 gün qabaq evin qarşısında Müşfiqi gördüm, hadisədən sonra analadım ki, həmin evə gedib-gəlməyə bələdçilik edir, yol axtarırmış”.
Müşfiq Tağıyev isə onun düz danışdığını deyib: “Mən həmin ərazidə dəfələrlə olmuşam. Hadisəni necə törədəcəyimi planlaşdırmışam”.
Hadisə şahidi Yağmur Karakaş ifadəsində deyib ki, yuxudan duranda atası və anasını qan içində görüb.
Zərərçəkmiş Cansu Karakaş isə bildirib ki, güllə səsinə yuxudan ayılıb: “Birinci anam qapıdan çıxdı. Çıxan kimi vuruldu. Dədəm də eynilə qapıdan çıxan kimi vuruldu. Mən içəridəydim, atam dedi çölə çıxmayın. Atam da çölə çıxan kimi vuruldu”.
Proses dekabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib(APA)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb