Bakıda şok olay: 70 yaşlı ər əvvəl arvadını öldürüb, sonra isə öz canına qıyıb

img

30-10-2024 [08:58]


Bakıda ər əvvəl arvadını öldürüb, sonra isə öz canına qıyıb.

Mia.az xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğu mıəlumat yayılb.

Bildirilib ki, oktyabrın 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR