İstanbulda məscidlərə "sızan" İŞİD-çilərə qarşı növbəti əməliyyat - 33 nəfər saxlanılıb

img

29-10-2024 [12:47]


Türkiyədə terror təşkilatlarına qarşı sistemli mübarizə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbulda İŞİD terror təşşkilatına qarşı keçirilən əməliyyatla daha 33 şübhəli qandallanıb.

İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyindən verilən məlumata görə, İŞİD qruplaşması şəhərdə "Ahidder" adı altında qeyri-qanuni məscid və mədrəsə fəaliyyətləri yürüdür: "Orada şübhəli M.K-nin qanunsuz cihadla bağlı mühazirələr, söhbətlər və fəaliyyətlər keçirməsi müxtəlif kanallarla öyrənilib. Bundan əlavə qanunsuz fəaliyyət məkanlarında fitrə, zəkat və infak adı altında terror təşkilatı adına pul yığıldığı müəyyənləşib. bu səbəbdən İstanbulun 10 rayonunda eyni anda əməliyyat başlayıb. Nəticədə 33 nəfər saxlanılıb. İstintaq davam edir"

Tahir
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb