"Borrusiya Dortmund" "Beşiktaş"ın futbolçusunu "radar"a alıb

img

18-10-2024 [21:16]


"Borrusiya Dortmund" komandasının baş məşqçisi Nuri Şahin "Beşiktaş"ın yarımmüdafiəçisini transfer etmək istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq "Beşiktaş"ın futbolçusu Gedson Fernandesi izləmək üçün heyət ayırıb.

Türkiyə mətbuatı yazır ki, İstanbul klubu oun yanvarda satılmasınamüsbət yanaşır: "Ancaq bunun üçün çox pul istəyirlər. Çünki "Benfika"dan onu 6 milyona transfer edərkən müqaviləyə bir maddə əlavə olunub. Belə ki, əgər 25 yaşlı futbolçu başqa kluba satılarsa, satışın yarısı "Benfika"ya ödəniləcək. Bu isə İstanbul klubunu portuqaliyalı futbolçunu dhaa baha satmağa məcbur edir"

Xatırladaq ki, hazırda baş məşqçi Covanni van Bronkhorst üçün vazkeçilməz olan 25 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 oyunda 6 qol və 2 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq