Koronavirus Britaniyanı yenidən qorxuya salıb - Yoluxma sayı günü gündən artır

img

09-10-2024 [09:19]


Böyük Britaniyada koronavirusa yoluxma halları hər keçən gün sürətlənir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkənin səhiyyə qurumları ortaya yeni çıxan XEC variantı ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.

Bildirilib ki, yeni virusun daha geniş kütləni yaxalamaması üçün peyvənd kampaniyaları artırılmalıdır.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına görə, demək olar ki, hər həftə xəstəxanalara 3800-dək COVİD-ə yoluxmuş şəxs müraciət edir və onlar xəstəxanalara yatırılır: "Bu statistika əvvəlki həftələrdə 2 minnəfəri aşmırdı..."

London İmperial Kollecinin professoru Danni Altman deyib ki, sürətlə peyvəndlənmə olmasa, ölkə virusa təslim olmaq təhlükəsiylə üzləşəcək: "COVİD ilə müharibəni uduzmağı qəbul etmək olmaz. Təəssüf ki, bu sahədəki mütəxəssislər çaşqın və ümidsizdir. Bu da virusların ölkəni ağuşuna almaq təhlükəsinə yol aça bilər"

Xatırladaq ki, yeni XEC variantı ilk dəfə Almaniyada aşkarlanıb. Ekspertlər bildirirlər ki, bu variant əvvəlki variantlardan fərqli simptomlar yaratmır: "Demək olar ki, siptomlar eynidir..."

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq