Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb - Açıqlama
15-10-2024 [12:19]
Azərbaycan Ordusunda təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq üçün İntellektual qabiliyyətli bölmələr yaradılıb.
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Qeyd edilib ki, yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər: "Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək".
Rusiya ordusu Kurski azad edib
İranda nə baş verir? - 4 nəfər ölüb, 516 yaralı var (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını rədd edib - Ruben Vardanyan və digərləri ilə bağlı
Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTOLAR
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
Malyariyaya qarşı sağlam gələcəyin təmin olunması ictimaiyyətin birgə məsuliyyətidir - Təranə Tağızadə yazır
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Ekvadorda zəlzələ baş verib - 6,3 bal gücündə
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - Sərəncam
Bəzi rayonlarda daşqın və sel olacaq
İki bankın əmlakları hərraca çıxarılıb
Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb
Bu kollecə direktor və müavin təyin olunub
ƏVƏZ ZEYNALLI AZADLIĞA BURAXILDI - Məhkəmə qərar verdi
Qətərdə qəzada ağ ciyəri sıran çıxan, 11 qabırğası qırılan idmançı ölkəsinə aparılır - Təcili yardım təyyarəsi ilə
Klub prezidenti 23 günlük cəzalandırılıb - Baş məşqçi isə...
"ASİYA PƏLƏNG"İ TRAMPI ÖZ XALQINA YALAN DANIŞMAQDA SUÇLADI: "Yalan deyir, ABŞ-la müzakirə aparılmır"
İlham Əliyev və birinci xanım Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - FOTOLAR (YENİLƏNİB)
Bakıda 52 yaşlı kişi öldürülüb
Heydər Əliyev Məhəmməd Hatəmidən nə xahiş etmişdi? (TƏHLİL)
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs olunub
Qaradağda məmurlar gölü qurudub satırlar, ekoloji tarazlıq pozulub - AZTV-nin çəkiliş qrupu necə aldadılıb? (VİDEO)
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib - FOTOLAR
Aİ rəsmisi Bakıda: "Azərbaycandan müəyyən gözləntilərimiz var"
Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib - Nələr müzakirə olunub?
MOSKVADA ŞOK OLAY: General maşınında partladıldı - FOTO
17 yaşlı türk futbolçu "Nyukasl"a satıldı - Cəmi 65 min dollara
Futbol çemponatının növbəti turunun proqramı bəlli oldu
Həcc ziyarətinə sənəd qəbulu uzadılıb
“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir