TÜRKİYƏDƏ MÜZAKİRƏYƏ SƏBƏB OLAN 4 MADDƏ: dəyişəcək, yoxsa...? - TƏHLİL
14-10-2024 [16:47]
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib ki, Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Onun bu açıqlaması ölkədə rezonans doğurub.
Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan Konstitusiyada ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.
Əslində N.Kurtulmuşun təklifi ilk belə hal deyil. AKP iqtidarı son 10 ildir Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir, amma tamamilə yanlış anlaşılır. Məsələ ondadır ki, Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul edilib. Bununla belə, konstitusiya bir neçə dəfə, özü də qanusuz şəkildə, xalq iradəsi olmadan dəyişikliyə məruz qalıb. Bu hadisə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 1960 və 1980-ci illərdə iki hərbi çevrilişindən sonra baş verib. 1971 və 1997-ci illərdə isə TSQ hökuməti istefaya məcbur edib.
Mövcud AKP hakimiyyəti əslində bunu əsas gətirərək Konstitusiyada dəyişikliyin olmasını təklif edir. Bununla belə nə olur olsun, Türkiyə konstitusiyasının ilk 4 bəndi dəyişdirilə bilməz. AKP istəsə də, istəməsə də bu mümkün deyil.
Həmin 4 bənd bunlardır:
Maddə 1. Türkiyə Dövləti bir Cümhuriyyətdir.
Maddə 2. Türkiyə Cümhuriyyəti cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı daxilində, insan hüquqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı, başlanğıcda qeyd olunan əsas prinsiplərə əsaslanan, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir.
Maddə 3. Türkiyə Dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür. Dili türk dilidir. Bayrağı, formasını qanunla müəyyən edilmiş, ağ ay-ulduzlu qırmızı bayraqdır. Milli marşı “İstiqlal Marşı”dır. Paytaxtı Ankaradır.
Maddə 4. Konstitusiyanın 1-ci maddəsindəki Dövlətin formasının Cümhuriyyət olduğu ilə bağlı müddəalar ilə, 2-ci maddəsindəki Cümhuriyyətin keyfiyyətləri və 3-cü maddəsi müddəaları dəyişdirilə bilməz və dəyişdirilməsi təklif edilə bilməz.
İndi isə TBMM sədrinin nə dediyinə baxmaq lazımdır. O, deyib ki:
“Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni Konstitusiyanın hazırlanmasıdır. Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni konstitusiyada bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”.
Göründüyü kimi, müəyyən dairələr N.Kurtulmuşun sözlərini məqsədyönlü şəkildə ya təhrif edir, ya da yanlış təəssürat yaratmaq üçün istifadə edir. Əslində, o, demir ki, 3-cü maddə dəyişdirilməlidir. Bildirir ki, “dövlətin ölkəsi, milləti olmaz”. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Bu, əslində, doğru yanaşmadır. N.Kurtulmuş konkret maddənin dəyişdirilməsini qeyd etmir, sadəcə ifadə dəyişikliyi təklif edilir.
O ki qaldı yeni konstitusiya məsələsinə, burada qeyri-adi heç nə yoxdur. Əlində, Türkiyə tarixinə baxdıqda qanunların dəyişdirilməsi o qədər də qeyri-adi hadisə deyil. Misal üçün Osmanlı şəriət əsaslı dövlət olsa da, dünyəvi qanunları Osman Qazi və Orxan Qazi dövründən qəbul edilməyə başlayıb. Bu qanunlara Fateh Sultan Mehmetə qədər hakimiyyətdə olan sultanlar yenilərini əlavə edib. Fateh Sultan Mehmedin İstanbulu fəthindən sonra başda vərasət qanunu olmaqla, qanunlar əsaslı surətdə yenilənib. Onun oğlu İkinci Bəyazid isə bu qanunları daha da təkmilləşdirib.
Kanun-i Esasi Nedir? Kanuni Esasi Maddeleri ve Özellikleri Nelerdir?
Sultan II Əbdülhəmid və “Qanuni əsasi”
“Qanuni” ləqəbli Sultan Süleyman dövrün tanınmış üləmalarından Əbusuud Əfəndi ilə birlikdə qanunları yenidən əsaslı surətdə təkmilləşdirərək yeniləyib. Daha sonra isə Sultan I Əhməd yenidən vərasət qanunu başda olmaqla, dəyişiklik edib. 18-19-cu əsrlərdə isə III Əhməd və I Mahmud, III Səlim, II Mahmud kimi sultanlar Osmanlının ilk rəsmi konstitusiyası olan “Qanuni əsasi”nin bazasını formalaşdıran qanunları qəbul edib. Sultan II Əbdülhəmid dövründə 1878-ci ildə yuxarıda qeyd etdiyim Osmanlının ilk konstitusiyası olan “Qanuni əsasi” qəbul edildi. Bu konstitusiya 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul ediləcək konstitusiyanın əsasını təşkil edir.
Türkiyə konstitusiyanın qəbulundan 100 ilə yaxın müddət keçib və təbii olaraq reallıqlar, cəmiyyət, siyasət, həmçinin geosiyasi vəziyyət dəyişib. Dünyada yeni tendensiyalar var. Belə olan təqdirdə Türkiyə konstitusiyasının dəyişdirilməsi təklifi də başadüşüləndir. Lakin ilk dörd maddə heç bir halda dəyişdirilə bilməz. N.Kurtulmuşun dediyi kimi, ifadə dəyişikliyi edilə bilər.
Turan Rzayev
MİA.AZ
"Fənərbağça" "Qalatasaray"la aradakı xal fərqini azaldıb
Ərdoğan: "İsrailin indiyədək sözünü tutduğunu görmədik"
Ərdoğan: "Suriyadakı prosesləri çox yaxından izləyirik"
Bakıda qadın keçmiş sevgilisini öldürüb, rəis ifadə verdi - "Sonra zəng elədi ağladı ki, bunun fikri ciddi deyil"
Ceyhun Bayramov Gürcüstanın yeni XİN başçısı ilə telefonda danışıb - Nələr müzakirə olunub?
Türkiyənin Karabük Universiteti saxta diplom paylayır? - TİKA 9 diplomla bağlı verilən şəhadətnaməni ləğv elədi
Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir – FOTOLAR
İvanişviliyə qarşı sanksiyalar tətbiq olunub
Qarabağ bölgəsində daha 4707,4 hektar ərazi minalardan təmizlənib
MÜXALİF LƏR RUSİYANIN SURİYADAKI MÜDAFİƏ SİSTEMİNİ ƏLƏ KEÇİRİB - Bu, nə vəd edir? (FOTO)
Prezident naziri belə danladı: "Kişi kimi demək istəyirəm: sənin başqa yolun yoxdur, ya öl, ya da..."
"O pulu birdəfəlik verin də, heç bəlkə 6 il yaşamayacaq" - Rəşid Mahmudovdan pensiya ilə bağlı açıqlama
Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri seçilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müğənni Kərim Abasovun ölkədən çıxışına qadağa qoyulub: "İçkili insanların təhqiri və..."
Əməkdar artist Xumar Qədimova saxtakarlıqla üzləşib - Xəbərdarlıq
ƏLİ KƏRİMLİ 1500 MANAT CƏRİMƏLƏNDİ - Məhkəmə qərarı ilə
Prezident İlham Əliyev vergi ilə bağlı fərman imzaladı - Dəyişiklik
Bələdiyyələrlə bağlı daha bir qayda - Dəyişiklik
Kılıçdaroğlu Zəngəzur dəhlizindən danışdı, Azərbaycanla bağlı pis niyyyəti olmadığını dedi - MÜSAHİBƏ
İran Türkiyə ilə dialoqa nail olmasa... - TƏHLİL
Türkiyə XİN başçısı NATO tədbirinə qatılacaq
Partiya sədri saxlanılıb
Hulusi Akar: "Suriyadakı hadisələr Türkiyənin iradəsindən kənarda başlayıb..." - "Əsəd zamanında bizimlə birgə olsaydı..."
Əsəd ordusu müxaliflərin ələ keçirdiyi şəhərləri bombalayır - 400-dən çox ölən var (FOTOLAR)
Cəbrayıla daha 34 ailə köçürülüb
Kayseridə FETÖ-yə qarşı əməliyyat: saxlanılanlar var
Komitədə yeni aparat rəhbəri təyinatı olub
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
Sabah hava necə olacaq? - Proqnoz
Trampdan Baydenin oğlunu əfv etməsinə sərt reaksiya: "Bu, ədalətdən sui-istifadədir"
Baş nazir: "Gürcüstan ləyaqətli ölkədir"
Prezident İlham Əliyev Bakıya gələn nümayəndə heyətini qəbul edib - FOTO (Yenilənib)
Qapçıdan "Qalatasaray”ın baş məşqçisinin iradına göözlənilməz cavab: "Düz deyir..."
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı - SİYAHI
Türkiyədə "miqrant qaçaqmalçıları" tutulub