Azərbaycana 330 min manatlıq siqaret keçirilməsinə cəhd olub - DSX-dən əməliyyat + FOTOLAR

img

14-10-2024 [13:41]


Xəzər dənizi vasitəsi ilə külli miqdarda aksiz markası olmayan tütün məmulatının Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində oktyabr ayının 9-da külli miqdarda tütün məmulatının Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb: "Xəzər dənizinin Azərbaycandakı ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 ədəd şübhəli bağlama müəyyən olunub. Bağlamalara baxış zamanı dəyəri təqribən 330 min manat məbləğində aksiz markasız 111 072 qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb".

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR