Jurnalist anasının ölümündən yazdı - Cinayət işi bağlanıb
14-10-2024 [10:47]
Bu ilin mart ayında Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlunun anası, Şirvan şəhər sakini Bahar Qasımovanın “Stimul Hospital”da vəfat etməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda aparılan istintaq başa çatıb.
Mia.az xəbər verir ki, bu barədə jurnalist Fərahim İlqaroğlu Feysbuk-dakı səhifəsində yazıb.
Onun paylaşımını olduğu kimi təqdim edirik:
"Sabunçu rayon Prokurorluğu bu ilin mart ayında anam Bahar Qasımovanın Bakıdakı “Stimul hospital”da öldürülməsi ilə bağlı cinayət işinin başladılmasını rədd edib. Qərarı əldə etməmişdən əvvəl, bu işə baxan Sabunçu rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Kamran Sadıqovla danışdım. Kamran bəy əvvəlcə işlərinin çox olması səbəbindən üzürxahlıq etdi, sonra da dedi ki, “yazıq həkimin günahı yox imiş ki”. Biz ondan yalnız həkim və tibb işçilərinin ifadələri əsasında hazırlanan cinayət işinin başladılmasının rədd edilməsi ilə bağlı sənədi ala bildik.
Ancaq bu sənədi oxuyandan sonra gördüm ki, N sayda uyğunsuzluq var.
Tibb işçilərinin peşə fəaliyyətlərinə dair məhkəmə- tibbi ekspertiza anamın “Timoma” xəstəliyi səbəbindən qəfil öldüyünə qərar verib.
İstər “İstanbul NS” klinikasının həkimi Ziyad Zalov, istərsə də, “Stimul Hospital”ın həkim-terapevti İlham Hüseyn ifadələrində bir dəfə də olsun, bu xəstəliyin adını çəkməyiblər. Çünki, həmin xəstəliyə qarşı müalicə tamam fərqli şəkildə aparılır.
Məsələn, ifadələrdə qeyd olunur ki, bu ilin mart ayının 7-də, anam “Stimul hospital”da qan analizinin nəticəsini təqdim edərək KT müayinəsindən keçib, İlham doktor nəticələrə baxaraq qorxulu bir patalogiyanın olmadığını deyib. O, qan azlığına görə anama 10 günlük müalicə kursu yazaraq, qastro izofaqabsiya və kolonoskapiya müayinəsindən keçməsi üçün “İstanbul NS” kliniaksında çalışayn Ziyad Zalova yönləndirib.
Ziyad doktor da anamı izofaqabsiya və kolonoskapiya müayinəsindən keçirdikdən sonra, bildirib ki, onda qida borusundan mədəyə qədər göbələk xəstəliyi var. O da öz növbəsində göbələk xəstəliyinə (Kandidoza) qarşı müalicə kursu təyin edib.
İlham doktor ifadəsində Ziyad həkimin anam B.Qasımovaya göbələk əleyhinə müalicə apardığını desə də, ona hansı preparatların yazıldığını bilmədiyini qeyd edib. Üstəlik İ.Hüseyn vurğulayıb ki, anamın ölüm venadaxili serum ilə əlaqəli olmamış, ringer preparatlarının anaflatik şok vermə ehtimalı “0”-a bərabərdir.
“Hesab edirəm ki, istər mənim, istərsə də Ziyad həkim tərəfindən bütün müayinələr tam şəkildə aparılıb, düzgün müalicə kursu yazılmışdır”-deyə, terapevt İlham Hüseyn ifadəsində qeyd edib.
Sual olunur: Göbələk xəstəliyinə (Kandidoza) qarşı müalicə təyin olunmuşdusa, bəs bu, “Timoma” xəstəliyi hardan çıxdı?
Ringer sistem iynəsinin tərkibi məlumdursa, Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Mərkəzi Məhkəmə – Tibbi Ekspertizası şöbəsinin rəisi Ceyhun Allahverdiyev tərəfindən verilən ölüm şəhadətnaməsində qeyd olunan “Anafilaktik şoka səbəb isə, dəqiqləşdirilməmiş dərman vasitələri, mediakamentlər və bioloji maddələrlə zəhərlənmə olub” cümləsinə niyə aydınlıq gətirilməyib?
Elə həmin şəhadətnamə də, qeyd olunub ki, anafilaktik şokun başlanması ilə ölüm arasında 30 dəqiqə vaxt olub.
Nə prokurorluq, nə də klinika bizə kamera görüntülərini təqdim etməyib. Kamera görüntüləri çox önəmlidir. Çünki tibb bacısı M.Abdullayeva anamın hərarəti ola-ola, üstəlik bunu bir neçə dəfə deməsinə baxmayaraq, sistem iynəsini onun qoluna qoşduqdan sonra otağı tərk edib, bir də yarım saatdan sonra qayıdıb. Üstəlik idda etdikləri kimi anama heç bir reanimasiya tədbiri həyata keçirməyiblər. Bunun üçün onu reanimasiya otağına aparmalı idilər. Lakin anamın sistem iynəsi köçürülən palatada öldüyünü görüb, üzərinə ağ bir parça örtməklə kifayətləniblər.
Üstəlik vicdansızcasına klinikada olan atama təklif ediblər ki, klinikanın maşını ilə evinizə yola salaq, təcili yardım çağırıb, ölümü təsdiq etdirin. Bu yolla da onlar məsuliyyətdən yayınaraq, ölümün klinikada olmadığını göstərməyə çalışıblar. Təəssüflər olsun ki, müstəntiq bu faktı arşdırmayıb və ya araşdırmaya meyilli olmayıb.
Tibb işçilərinin peşə fəaliyyəti ilə məşğul olan komissiya da, ölən anama sonrada uydurma bir “Timoma” dioqnozu qoyaraq, anamın ölümündə adı keçən şəxsləri məsuliyyətdən xilas etməyə çalışıb.
Yenə də qeyd edirəm, anam yataq xəstəsi olmayıb. Bütün müalicə prosedurlarına öz ayağı ilə gedib. Gündəlik ev işləri ilə məşğul olub. Demək olar ki, hər gün anamla görüntülü danışırdım. Əvvəllər qidalanması ilə bağlı şikayət edirdisə, son bir-iki həftədə tam düzəldiyini, əvvəlki kimi yemək yediyini demişdi.
P.S. Bu, “Stimul hospital”da ilk belə ölüm faktı deyil. Google-də “Stimul + ölüm” açar sözlərini yazmaqla, yerli mətbuatda bu barədə N qədər xəbərə rast gəlmək olur. Ancaq indiyə kimi, bu klinika və orada səhlənkarlığa yola verərək, xəstələri öldürən şəxslərə qarşı heç bir tədbir görülməyib".
Yazıda adıçəkilənlərin fikirlərinə də yer ayırmağa hazırıq.
Samir
MİA.AZ
Myanmada torpaq sürüşməsi: 12 nəfər ölüb, itkin düşənlər var
İsrail Livanın cənubundan geri çəkildi - 11 nəfərin cəsədi tapılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəmsəddin Xanbabayev vəfat edib
"Fənərbağça" - "Konyaspor" oyununda qapılara 5 qol vurulub
İbrahim Kalın HƏMAS rəsmiləri ilə telefonda müzakirə aparıb
Nazir: "Türkiyə Suriyaya enerji tədarükünü artıracaq"
İstanbulda İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs olunub
Vaqif Mustafazadənin zəngin həyat yoluna qısa baxış...
Qarabağ zonasında daha 1043.2 hektar ərazi minalardan təmizlənib
Bakıda dələduzluq edənlər tutulub
İsrail ordusu Livanın şərqinə hava zərbələri endirib
"Xəzər Dəniz Gəmiçiliyi"ndə dəyişiklik... - Samir Şərifov Şura sədri vəzifəsindən yola salınır
Bakıda xanım müğənni vəfat edib
"Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı - Şok iddialar
Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
Sabirabad sakini narkotik vasitə və silahla saxlanılıb
AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb
Türkiyədə sərnişin avtobusu yanıb - FOTO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bağlı şirkət ölkədən böyük məbləğdə pul çıxarıb? - Məhkəmə işi
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib
Sabah külək güclənəcək - Xəbərdarlıq
Mehriban Abasquliyeva TƏBİB-dən məhkəməyə şikayət etdi: "Dərəbəylik edirlər, basqın etməli deyilik ki…” - Məhkəmə iclası (YENİLƏNİB)
Türkiyədə İŞİD-ə əməliyyat: 23 şübhəli saxlanılıb
Bərdədə maşın qaz borusuna çırpıldı, yanğın çıxdı - 3 nəfər yanıb
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində belə qarşılandı - FOTOLAR (Yenilənib)
Salyanda ərini doğramaqda ittiham olunan qadın... - Azyaşlı oğlu...
VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB - Milyonluq iş üzrə
Hüseynbala Mirələmovun oğlu seçkiyə qatılıb - Bu dairədən
Bəxtiyar Hacıyevə hökm oxunub - Məhkəmə prosesi
60 yaşlı kişi başına güllə sıxıb - Ağcabədidə
Polis Bölməsinə yeni rəis təyin olunub
Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir - Xəbərdarlıq
Sabah hava necə olacaq? - Proqnoz
33 dövlət orqanında vakant vəzifələr var
Nargilə Vəliyevaya Ali Məclisdə yeni vəzifə verildi