XİN-dən Paşinyanın iddialarına cavab geçikmədi

img

12-10-2024 [15:06]


"Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür".

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Paşinyanın bu gün “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibətdə deyib.

O bildirilib ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib: "Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR