Leyla və Arzu Əliyevalar Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olub - FOTOLAR
11-10-2024 [14:20]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin Yaşıl Təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.
IDEA İctimai Birliyindən Mia.az-a bildirilib ki, “Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsi, IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən COP29 çərçivəsində təşkil edilir və 10-11 oktyabrda Qəbələ rayonunda keçirilib.
Düşərgədə Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gənc iştirak edir. Düşərgənin əsas məqsədi, noyabr ayında Bakıda keçiriləcək nüfuzlu COP29 tədbiri öncəsində gənclərin ekoloji məsələlərlə bağlı fikirlərini, gözləntilərini və təkliflərini dinləmək, onların bu sahədə fəallığını artırmaqdır.
İki gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vorkşoplarda iştirak edərək, ekoloji problemlərə dair yeni yanaşmalar əldə edəcəklər. Düşərgə, gənclərin bu mövzular üzrə biliklərini artırmaqla yanaşı, onların ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək və cəmiyyətin inkişafında mühüm rol oynayacaq fərdlər kimi formalaşmasına dəstək verməyi hədəfləyir.
Düşərgənin ilk günündə gənclər “Ətraf mühitin mühafizəsində gənclərin rolu” mövzusunda təşkil olunmuş vorkşopda qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Leyla Əliyeva düşərgə iştirakçılarının hazırladığı layihələri dinləyib və onların ekoloji təşəbbüslərinə yüksək qiymət verib.
Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva düşərgənin proqramı ilə yaxından tanış olub, iştirakçıların yaşadıqları çadır şəhərciyini ziyarət edərək onların gündəlik fəaliyyəti və düşərgə həyatına dair təəssüratlarını öyrəniblər.
Görüşün sonunda Leyla Əliyeva və Arzu Əliyeva gənclərlə birgə xatirə şəkli çəkdirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Gənclər isə öz növbələrində, düşərgənin təşkilində göstərdikləri dəstək və diqqət üçün Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkür ediblər.
Baş nazir: "Aİ-nin səfirinə xatırlatmaq istəyirəm: sənədi masaya qoyun, bu gün onu imzalayacağam”
"Avropa İttifaqı Gürcüstana qarşı sanksiya tətbiq edə bilər"
Sabah yağışlı hava olacaq
Tbilisidə yollar bağlanıb - Aksiyaçılar geri çəkilmirlər
Laçının işğaldan azad edilməsinin dördüncü ildönümüdür
Tramp BRİCS üzvlərini hədələyib: "Gedib başqa bir axmaq tapsınlar!"
Gürcüstanda gərginlik böyüyür - Sabiq XİN başçısı, nazir müavini də istefa verdi, Tbilisidə aksiya genişlənir (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hakan Fidanla Rusiya XİN başçısı Hələblə bağlı müzakirə aparıb
Bakıda "Porsche" ilə “Fiat” toqquşdu, biri alovlandı
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
Bu universitetlərə rektor təyinatı olacaq
Bərdə sakini marixuana ilə tutulub
"Med Plaza"nın həkimi Salyan sakinini aldadıb? - Salyan sakini "Xəzər TV"yə şikayətlənib (VİDEO)
"Baku Elektroniks” fırıldaqda ittiham olunur - Ekspert rəyi
Şarl Mişel getdi - Avropa Şurasının yeni sədri kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22 yaşlı "Youtuber" donaraq öldü - Son sözü "Aman Tanrım, dəhşətli fırtına var, ancaq həyatda qalacam" olub
Minimum maaş bu qədər olacaq - Türkiyədə
Daha bir bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb - Səbəb
İzmirdə boğulmaq üzrə olan 46 miqrant xilas olunub - Açıqlama
SİLAHLI QRUPLAR HƏLƏBİ ƏLƏ KEÇİRDİ: minlərlə Əsəd tərəfdarı Dəməşqə qaçıb - Rusiya qırıcıları şəhəri bombalayır
Rusiya Ukraynada daha 4 qəsəbəni ələ keçirib - ABŞ və Fransa raketləri havada vurulub
Masazır qəsəbəsində fərdi yaşayış evində uçqun olub - Ölən var
Türkiyənin iri şəhərlərində pis qoxu yayılacaq: zəhərli qaz təhlükəsi var! - Xəbərdarlıq
Türk aktrisa məsciddə belə pozalar verdi - FOTOLAR
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Həsən Arat "Beşiktaş"la tamamilə vidalaşdı - Bəyanat
Ceyhun Bayramov yeni səfirlə görüşüb
Azərbaycan və Türkiyə hərbçiləri bir arada - Təlim + FOTOLAR
Rusiyadan Azərbaycana iki nəfər eksradisiya edilib
DÖVLƏT AGENTLİYİNDƏ 42 MİLYONLUQ TENDERSİZ ƏMƏLİYYAT: nə olacaq? - İddia + Rəsmi reaksiya
Dekabr ayının hava proqnozu açıqlanıb
Suriyanın şimalında daha 4 terrorçu zərərsizləşdirilib
İstanbulda saxta araq 4 nəfərin canını aldı - 8 nəfər isə...
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır? - ÜÇ DÖVLƏT BÖLGƏDƏN NƏ İSTƏYİR? (TƏHLİL)
Sahib Ələkbərov: "Azərbaycan ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdəndir"
AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir