"Mərc oyunlarından hər kəs uzaq dursun" - Hüquqşünas
08-10-2024 [16:55]
Son zamanlar sosial şəbəkələrdə müxtəlif cəlbedici qumar oyunlarının reklamları ilə qarşılaşırıq. Məsələn; biri lüks avtomobilində əyləşib, avtomobilini oyunda udduğu pulla aldığını deyir. Digəri hesabının necə artdığını göstərir. Bu reklamlara inanan gənclər də sonradan külli miqdarda borca düşüb, ən son çıxış yolunu intiharda görürlər.
Məsələn; ötən ay itkin düşən Siyəzən rayon sakini 22 yaşlı Mahmud Məlikov evdən namaz qılmaq adı ilə çıxsa da, geri qayıtmamışdı. Mahmudun atası yerli mətbuata açıqlamasında bildirmişdi, oğlu internet üzərindən qumar oyunlarına qurşanıbmış. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar. Bu günlərdə itkin düşən gəncin meyidi tapılıb. Bu oyunların Mahmud kimi yüzlərlə aludəçisi var. Nəticə, göz qabağındadır…
Bəs niyə bu qumar oyunları yığışdırılmır? Qanunvericilik bununla bağlı nə deyir?
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ərazisində mərc oyunlarının təşkili lisenziyalaşdırılmış bir fəaliyyətdir.
Bununla bağlı Azərbaycan Respublikasında iki qanun var, həmin qanunlara əsasən bu fəaliyyət tənzimlənib.
“Bunlar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunu və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunudur ki, bu qanunda nəzərdə tutulmuş qaydalara riayət edilməklə və lisenziya almaqla idman mərc oyunlarının keçirilməsi yol veriləndir və buna dövlət legitim haqq qazandırır”-deyə hüquqşünas bildirib.
Qanunsuz qumar oyunlarının keçirilməsi və təşkilinə gəldikdə, hüquqşünas qeyd edib ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə tənzimlənir. Belə oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya saxlamağa görə, bunu təşkil edən şəxsə qarşı 5 min manatdan 10 min manata qədər miqdarda cərimə və ya 2 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası ilə təyin edilir.
Hüquqşünas qeyd edib ki, onlayn qaydada yəni internet informasiya ehtiyatları və internet telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə buna görə 10 min manatdan 15 min manata qədər cərimə və ya 2 ildən-3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır: “Qeyd edim ki, bu qumar oyunlarının nəticəsində uduzmuş şəxs əgər özünü öldürərsə, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılır və araşdırma aparılır.
Mən bir hüquqşünas kimi tövsiyə edərəm ki, mərc oyunlarından hər kəs uzaq dursun. Bilsinlər ki, bunun mənfi nəticələri daha çoxdur”-deyə hüquqşünas əlavə edib.
Xatırladaq ki, ümumiyyətlə qumar oyunu dedikdə, pul vəsaitlərinin, maddi vəsaitlərin qeyri-müəyyənlik və ya təsadüfdən asılı olaraq, qazanılması nəticəsində təşkil olunan oyunlar nəzərdə tutulur.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub